Kino haqqında qanun dəyişir – Yeniliklər olacaq

  • By admin
  • 11 Avqust 2021 16:39

Azərbaycanda kino haqqında qanun layihəsi yenilənir.

Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-ınsorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, qanun layihəsində kino sahəsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur.

Yenilənmiş layihə Mədəniyyət Nazirliyində ictimai müzakirədən və hüquqi ekspertizadan keçdikdən sonra Milli Məclisin Mədəniyyət komitəsinə təqdim ediləcək.

Bundan əlavə, kino haqqında yeni qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.