Kino tarixinin ən böyük qəhrəmanları açıqlanıb

Kino tarixinin ən böyük qəhrəmanlarının reytinqi hazırlanıb.

Bu barədə “Empire” jurnalı məlumat yayıb.

Siyahıya Hollivud ulduzu Harrison Fordun canlandırdığı arxeoloq İndiana Cons başçılıq edib.

İkinci pillədə Siqurni Uiverin ifasında “Özgə” filmindən Ellen Ripli obrazı yer alıb.

Üçüncü pillənin sahibi isə Robert Dauninin “Dəmir adam” obrazı olub.

İlk onluğa həmçinin “Ulduz müharibələri”ndən Kapitan Amerika, Lyuk Skayuoker və şahzadə Leya, Betmen, Supermen və Qara pantera obrazları da daxil olub.

 

 

Gununsesi.org