“Kinolar ƏDV-dən azad olunsun”

“Azərbaycanda kinolar ƏDV-dən azad olunmalıdır”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, 10 milyon büdcə dünya kino sənayesi ilə müqayisədə çox az məbləğdir: “Amma kommersiya filmləri də daxil olmaqla, bütün filmlər ƏDV-dən azad olunsa, bu sahədə canlanma olar.

Biz bunun effektiv olduğunu kitablarda gördük. Bu yaxınlarda kitab sərgisi oldu və tələbat çox yüksək idi. Düşünürəm, buna əsas səbəb kitabların ƏDV-dən azad olmasıdır”.

 

 

Gununsesi.info