Azərbaycan Kinostudiyasının direktoru vəzifəsindən azad edildi – Nazir əmr imzaladı

  • By admin
  • 06 Mart 2020 18:52

Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev vəzifəsindən azad olunub.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayev əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Kinostudiyasının direktoru vəzifəsinin icrası Salnamə Film Studiyasının direktoru Nazim Hüseynova həvalə olunub.

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Gununsesi.org