Kirac Bakıda - 2 minə yaxın tamaşçı izdihamı yaşandı

  • By admin
  • 23 Oktyabr 2022 13:57

Türkiyəli məşhur müğənni Kıraç Bakının qonağı olub
Məşhur türk müəğnnisi Kıraç Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
Gununsesi.info xəbər verir ki, Kıraç konsertin əvvəlində təəssüratlarını bölüşüb. İfaçı Bakıda olmağın onu həyəcanlandırdığını bildirib.

Heydər Əliyev Sarayının səhnəsində konsert verməkdən xoşbəxt olduğunu dilə gətirib. Kıraç Rəşid Behbudovun ifa etdiyi “Sənə də qalmaz” mahnısını səsləndirib: “Uşaqlıq illərindən ən çox sevdiyim və dinlədiyim mahnını ifa edirəm. Bu mahnını ilk dəfə Bakıda oxuyuram”.

Proqramda təşkilatçı “Anadolu Events”in rəhbəri Eyyub Hüseynzadə müğənniyə üzərində şəkili həkk edilmiş xalça hədiyyə edib. Konsert çox anşlaqla keçib.

Tamaçılar müğənninin mahnıları onunla birgə ifa ediblər. Konsertdə 1700 nəfər iştirak edib.