
Xətai rayonu, Nobel prospektində nəqliyyat hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, Şəhriyar Daşdəmirov kirayə götürdüyü Kia markalı avtomobillə yüksək sürətlə Hövsan istiqamətində hərəkətdə olarkən döngədə idarəetmə itirib. Nəticədə qarşı yola keçən Kia əvvəlcə Mercedesə daha sonra isə ağaca çırpılıb. Avtomobil tam yarasız hala düşüb. Xoşbəxtlikdən qəza zamanı sürücü Şəhriyar Daşdəmirov xəsarət almayıb. Hadisə zamanı Mercedesə də ziyan dəyib.
Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.
Gununsesi.info