Kirayəçilər və obyekt sahibləri üçün Baş nazirdən mühüm – QƏRAR

  • By admin
  • 29 Noyabr 2019 13:12

Nazirlər Kabineti sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən edib.

Gununsesi.org xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması müəyyənləşib.

Bu, inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilib.

Gununsesi.org