Kişi evdə yanaraq ölüb

  • By admin
  • 12 Dekabr 2016 12:34

yanan-ev-yangin-yanqin-yangin

Qobustan rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 11-də saat 20 radələrində Qobustan rayonunun Poladlı kəndində yaşayan Xalıqverdi Mirzəyevin evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra X.Mirzəyevin yanmış meyiti tapılıb.

Gununsesi.info