“Kişi evlidirsə, işdən sonra evə getməlidir” - XALQ ARTİSTİ

  • By admin
  • 07 İyul 2020 14:33

“Nadir hər zaman evdə olub. Bəzi gənc kişi ifaçılar var ki, onlar məndən o xüsusiyyəti götürür”.

Gununsesi.org xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Hüseynova bacıları” proqramında qonaq olarkən deyib. Sənətçi təkcə karantin dövründə yox, hər zaman evə bağlı biri olduğunu qeyd edib:

“Toydan, konsertdən çıxıramsa, düz evə gedirəm. Düşünürəm ki, qadın və ya kişi əgər evlidirsə, işdən sonra evə getməlidir. Evin yolunu tanımalıdır. Bütün qadınlara arzulayıram ki, əriniz düz evə gəlsin, sağ-sola dönməsin”.

 

 

Gununsesi.org