Kişi həndbolçularımızdan uğurlu start: Azərbaycan-Pakistan – 43:36 - "İSLAMİADA-2017" - FOTO

  • By admin
  • 09 May 2017 20:28

az-can-pakis

Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk matçda qələbə qazanıb.

Gununsesi.info xəbər verir ki, “A” qrupunda yer alan yığmamız Pakistan həndbolçuları ilə üz-üzə gəlib və rəqiblərini 43:36 hesabı ilə məğlub edib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən və iraqlı hakimlər briqadasının idarə etdiyi görüşün ilk hissəsi millimizin xeyrinə yekunlaşıb – 20:15 .

Matçın ikinci hissəsində də rəqibindən birbaşa üstün olan təmsilçilərimiz 23:21 hesabı ilə qələbə qazanıblar.

Gununsesi.info