Kişi ideal gözəlliyə sahib olmaq üçün sərvət xərclədi - "BƏDƏNİMDƏN ALINAN 3 LİTR YAĞI ARXAMA ƏLAVƏ ETDİRDİM" - FOTOLAR

  • By admin
  • 05 Aprel 2017 20:48

barbi ken3

Braziliyada yaşayan Rodrigo Alves adlı şəxs ideal gözəlliyə sahib olmaq üçün 57 dəfə əməliyyat olunaraq bu günə kimi 398 min sterlinq pul xərcləyib.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Alves əməliyyat olunmaqdan zövq aldığını söyləyib: “Bu günə qədər botoks, burun əməliyyatı, yağ aldırma, sinə implantı kimi bir çox əməliyyat keçirmişəm. Yanlış bədəndə doğulmuşam. Ruhumla xarici görünüşüm uzlaşmırdı”.

Alves “İdman etməyə çalışdım, lakin bu, vücudumu çox incitdi. Bu səbəbdən də İstanbuldakı gözəllik mərkəzlərinin birinə 10 gün boyunca getdim və bədənimdən alınan 3 litr yağı arxama əlavə etdirdim” dedi.

Yaşlanmaq istəmədiyini qeyd edən Rodrigo Alves yüzdən artıq göz linzası olduğunu, lakin cərrahi əməliyyatla gözünün rəngini bir dəfəlik dəyişəcəyini bildirib: “Bəziləri ağlımın yerində olmadığını düşünür. Ancaq belə deyil. Ağlım başımdadır. Mən gözəl, yaraşıqlı biri olmamışam. Buna görə də əməliyyatlar sayəsində ideal formaya düşməyə çalışıram”.

barbi ken1

barbi ken

Gununsesi.info