Kişi müəllimlərə hansı güzəştlər nəzərdə tutulub? - Rəsmi cavab

  • By admin
  • 16 Fevral 2022 11:49

“Müəllimlərin işə qəbulu imtahanlarında və ya müəllimlərin əmək haqqının müəyyənləşdirilməsi məsələsində kişi müəllimlərə hansısa güzəştlər nəzərdə tutulmur”.

Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib. Nazirlik rəsmisi kişi müəllimlərin sayının artdığını bildirib:

“Son illər müxtəlif sahələrdə, o cümlədən təhsildə gənc mütəxəssislərin cəlb edilməsinə görə təklif edilən güzəştlər kişi müəllimlərin bu sahəyə marağını artırıb. Daha çox kənd məktəblərində kişi müəllimlərin sayının artması özünü büruzə verir”.

Gununsesi.info