Kişi qırılan eskalatorun arasına düşdü -METRODA FACİƏ+VİDEO

  • By admin
  • 27 Mart 2018 17:04

Eskalatorun birdən-birə qırılması nəticəsində, kişi qırılan eskalator mexanizmləri arasına düşüb. Zərərçəkən  xəsarət alsa da, xoşbəxtlikdən həyatını itirməyib.

Gununsesi.info xəbər verir ki, xilasedicilər onu düşdüyü yerdən xilas ediblər. Xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.  Hadisə istanbulun “Ayazağa” metro stansiyasında baş verib.

İnsanlar dayanmış eskalatorla enməyə başlayır, qəfil hərəkətə başlayan qurğunun üzərində bir neçə nəfər yıxılır. Və bu zaman eskalatorun lenti qırılır. Enmək istəyən bir kişi eskalatorun qırılmış hissəindən aşağı düşür. Xilasedicilərin bir saatdan artıq həyata keçridiyi əmliyyat nəticəsində dişlərin arasına düşən şəxsi xilas etmək mümkün olur.

Gununsesi.info