
Daxili İşlər Nazirliyi Quba rayonunun Küpçalqışlaq kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi haqda açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, məlumata əsasən, qəza iyulun 7-də saat 9.00 radələrində qeydə alınıb. Xaçmaz rayon sakini Rəhman İsaqov idarə etdiyi “VAZ-2106” markalı avtomobili 8-10 metr hündürlükdən aşırıb və nəticədə avtomobil yanıb.
Sürücü və sərnişini, həmyerlisi Ülviyyə Məmmədova yanaraq ölüblər.
Quba RPŞ tərəfindən araşdırma aparılır.
Gununsesi.info