
Bir dəstə qızılgül, romantik şam yeməyi, ya da birgə romantik film izləmək. Sizcə, bu, bir qadını özünə aşiq etməyə yetər?
Gununsesi.info qadını özünə aşiq etməyin yollarını kişilərə təqdim edir.
– Uşaqlara qarşı yaxşı davranın. Əgər bunu etmirsinizsə, heç olmasa qadınların yanında onlara nifrət etdiyinizi deməyin.
– Özünüzə gülməkdən qorxmayın.
– Xoşlanmasanız belə, qadına qarşı hörmətlə davranın.
– Gözləmədiyi anlarda qəhvə, ya səhər yeməyi hazırlayın. Birlikdə bir səhər yeməyi yemək belə xoşdur.
– Qorxu filmi izləyərkən sizə möhkəm sarılmasına, qolunuzdan möhkəm sıxmasına icazə verin.
– Hava soyuq olsa, pencəyinizi müvəqqəti olaraq ona verin.
– Nəqliyyat vasitələrində yerinizi yaşlı xanımlara verin.
– Qapını qadın, ya kişi – hər kəsə açın ki, nə qədər alicənab olduğunuzu görsün.
– Karaoke partilərinə qatılın. Səsiniz olmasa da, əylənməyə cəhd edin.
– Maraqlandığınız şeyləri ona da öyrədin.
– “Yaxşısan?”, – deyə soruşduğunda “yaxşıyam” deyib keçməyin. Səmimi olun.
– Sevimli içkisini unutmayın.
– Başını sinənizə qoyanda saçlarını sığallamağı unutmayın.
– Televizorun pultunu özəlləşdirməyin.
– Sevdiyiniz film, kitab, musiqilərlə bağlı həqiqətən təvazökar olun.
Gununsesi.info