1. “Playboy”, qadın jurnalları kimi seksual və gözəl qadınların fotolarının yer aldığı jurnalları oxumağı çox sevirlər. Amma hər zaman özlərini elə aparırlar ki, sanki, belə dərgilər onlar üçün maraqsızdır.
2. “Facebook”da zaman keçirtməyi sevirlər. Ancaq bu sosial şəbəkədə xoşlarına gələn bir qadın olduqda münasibət qurmağa tələsmirlər. Bu məsələdə yavaş hərəkət etməyi xoşlayırlar. Yəni “qaçan qovalanar” düşüncəsi facebook-da da keçərlidir.
3- Rəfiqələrinizlə onları müzakirə etməyinizi sevmirlər. Münasibətlə bağlı özəl anların gizli qalmasına üstünlük verirlər.
4- Kişilər çox danışan bir qadına yalnız ilk 10 dəqiqə ərzində qulaq asırlar. Bu muddətdən sonra isə özünü sanki dinləyirmiş kimi göstərirlər.
5- Kişilər sevgililəri və ya xanımları yanlarında olsa belə mütləq getdikləri məkanda olan qadınlara göz atırlar. Xüsusən də gözəl qadın varsa, altdan-altdan baxmağa davam etdikləri halda, heç kəsə baxmıram deyə yalan söyləyirlər.
6- Kişilər də çox yorğun, fikirləri qarışıq olanda və ya seks istəmədiyi hallarda qadını ilə yaxınlıq qurmaq istəməyə bilər. Yəni kişilər heç də hər zaman yalnız seks düşünmürlər. Bəzən onların da “başı ağrıya” bilər.
7- Zaman kişilər üçün çox önəmlidir. Görüş yerində saatlarla gözləməyi sevmirlər. Əgər bu sizdə vərdiş halını alıbsa, bu xüsusiyyətinizə görə münasibətlərə son qoymaq belə istəyə bilər.
8- Əvvəllər kişilər çəkilərinə bir o qədər də fikir verməsələr də, bugünkü gündə onlar da ən az qadınlar qədər artıq kilolardan narahat olub, çəkilərinə diqqət göstərməyə çalışırlar.
9- Tez-tez qərar dəyişdirirlər. Yatıram deyib gecə yarılarına qədər sosial şəbəkələrdə vaxt keçirə bilirlər.