Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qaldığı şəhərlərin siyahısı tərtib edilib

  • By admin
  • 04 Avqust 2020 16:47

Rusiya Federasiyasında kişilərin qadınlar tərəfindən daha çox zorakılığa məruz qaldığı şəhərlərin siyahısı tərtib olunub.

Gununsesi.info  xəbər verir ki, siyahını Rusiyada fəaliyyət göstərən “Zoom Market” müstəqil tədqiqat agentliyi aparıb.

Reytinqə Sankt-Peterburq şəhəri başçılıq edir.

Növbəti sıraları Moskva və Krasnodar şəhərləri tutur.

Kişilər arasında hücuma məruz qalanların yaş həddi, əsasən, 25-34 yaş arasında dəyişir.

Rusiyada kişilər, əsasən, iş yerlərində, restoranlarda, əyləncə klublarında, ziyafət məclislərində və ictimai nəqliyyatda zorakılığa məruz qalır.

Gununsesi.info