Kişini döyüb telefonunu və pullarını aldılar

Bakıda 39 yaşlı kişi xuliqanlıa məruz qalıb.

Gununsesi.org Oxu.Az-ın məlumatına istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində yerləşən Mərkəzi Univermağın qarşısında baş verib. 

HTML tutorial

İki nəfər naməlum şəxs 1980-ci təvəllüdlü Cəfərov Fərid Kamil oğluna yaxınlaşaraq, ona yumruq zərbələri endirib. Daha sonra F.Cəfərovun üzərində olan 700 manat məbləğində pulu və bir ədəd “Samsung” markalı mobil telefonu götürüblər. 

Zərərçəkmiş faktla bağlı hüquq-mühafizə orüanlarına müraciət edib. 

Araşdırma aparılır.

Gununsesi.org