Kitab oxumağın faydaları - STRESSİ AZALDIR

  • By admin
  • 28 Noyabr 2016 22:31

anl-1

Aparılan araşdırmalara görə, stressi azaldan ən təsirli üsul kitab oxumaqdır. Sübut olunub ki, şəxsi inkişafla bağlı əsərlər depressiyada olan insanlar üçün çox faydalıdır.

Kitab oxumaq ürək sıxıntısının da dərmanıdır. Gözləmə otaqlarında, yolda, evdə və ya parkda sıxıntıları kitablardakı xəyal dünyasına atılaraq azaltmaq olar.

Elmi araşdırmalara görə, kitab oxumaq beyin inkişafına da müsbət təsir göstərir. Belə ki, kitab oxuduğumuz zaman beynin hər iki yarımkürəsi arasında əlaqə yaranır.

Kitab oxumağın digər müsbət cəhəti odur ki, oradakı obrazlarla özümüzü müqayisə edir, yaxşını və pisi ayırmağa çalışırıq.
Kitab oxumaq, həmçinin, nitqimizi gözəlləşdirir və digər insanlarla ünsiyyət baxımından çox böyük əhəmiyyət kəsb edir.

Artıq kitabların nə qədər faydalı olduğunu bildiyiniz üçün yəqin ki, oxumaq üçün həvəsləndiniz 🙂 Ən yaxşı hesab etdiyim elektron kitabxana saytını sizə təqdim edirəm:
www.anl.az

Nigar Cəfərli
Gununsesi.info