İsrail mediası ABŞ və İsrailin Təl-Əvivə çoxlu sayda F-35 və F15 AI təyyarələrinin, həmçinin “Apache” hücum helikopterlərinin tədarükünü əhatə edən böyük bir müqavilə imzaladığını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Chanel 12” telekanalı Vaşinqtonla sazişin imzalanmasında iştirak edən İsrail müdafiə rəsmilərinə istinadən məlumat yayıb.
“Qəzza zolağında davam edən müharibə zamanı ABŞ və İsrail arasında dramatik silah müqaviləsi imzalanıb. Yaxın günlərdə İsrail ordusu yerləşdirilmək üçün üç yeni eskadrilya və minlərlə sursatla təmin olunacaq”, – deyə xəbərdə bildirlir.
Adlarını açıqlamayan rəsmilər bildiriblər ki, saziş İsrail ordusuna çoxlu sayda F-35 və F15 AI təyyarələrinin, həmçinin “Apache” hücum helikopterlərinin tədarükü daxildir.
Rəsmilər Qəzzadakı müharibə və şimalda Livanın “Hizbullah”ı ilə toqquşmaların fonunda imzalanan razılaşmanın “son dərəcə iddialı” olduğunu bildirib.
Gununsesi.info