KİV: Avropa İttifaqının ruslara qarşı sanksiyaları onların ölümündən sonra da qüvvədə qala bilər

  • By admin
  • 20 Dekabr 2023 08:59

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına qarşı sanksiyaların onlar öldükdən sonra da müvafiq siyahılarda qalmasına imkan verən qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “EUObserver”in məlumatında deyilir.

Artıq sanksiyalara məruz qalan onlarla rus oliqarxı bununla bağlı məhkəmələrə müraciət etməyə çalışır və bu məsələ ilə bağlı açıq lobbiçilik indi qanunsuzdur.

Üstəlik, bazar ertəsi qəbul edilən qərara görə, indi hətta sanksiya tətbiq edilən şəxsin ölümü belə sanksiya siyahısından avtomatik silinməsi və aktivlərin dondurulmasının açılması demək deyil.

Aİ Şurası dondurulmadığı təqdirdə bu aktivlərin Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək üçün istifadə oluna biləcəyini hesab edərsə, ölən şəxsə qarşı sanksiyaları davam etdirə biləcək.

“Bu addım ona görə lazım idi ki, indiyədək mövcud olan ölülərin siyahıdan çıxarılması üçün avtomatik sistem narahatlıq doğururdu”, – Aİ diplomatı anonimlik şərti ilə nəşrə şərh verib.

Xatırladaq ki, sonuncu qəbul edilmiş 12-ci sanksiyalar paketi çərçivəsində Dmitri Medvedevin oğlu, Rusiyanın təbliğatçıları, müdafiə sənayesi müəssisələri və hərbçilər məhdudiyyətlərə məruz qalmışdılar.

Sentyabrda Aİ Ukraynada ölən üç rusiyalı biznesmen və bir polkovniki sanksiyalar siyahısından çıxarıb.

Gununsesi.info