KİV: Ermənistanın Rusiyada fəaliyyətsizlikdə ittiham olunan səfiri istefaya göndəriləcək

  • By admin
  • 08 Mart 2017 19:36

90282b65-64e7-4797-bbd0-852ae19cc907_292

 

Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan martın 9-da istefaya göndəriləcək.

“Report” “Jamanak” qazetinə istinadən xəbər verir ki, Onu Vardan Toqanyan əvəz edəcək.

Vardan Toqanyan 2014-cü ildə almazların cilalanması ilə məşğul olan “Şoqakn” şirkətinin səhmdarı olub.

Qeyd edək ki, Ümumrusiya Dövlət Teleradio Yayım Şirkətinin siyasi verilişlərin aparıcısı Vladimir Solovyovun Yerevana gəlişindən sonra, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın istefası barədə məlumatlar yayılıb. Vladimir Solovyov mətbuat konfransında səfiri fəaliyyətsizlikdə ittiham edib.

 

Gununsesi.info