KİV: “İslam Kərimovun dəfn mərasiminə hazırlıq aparılır” - FOTOLAR

  • By admin
  • 02 Sentyabr 2016 12:04
islam5
Özbəkistan mediası ölkə prezidenti İslam Kərimovun dəfn mərasimi ilə bağl ciddi hazırlıq işlərinin getməsi barədə məlumat yayıb.
Gununsesi. info “Ozodlik” radiosuna və “Ferganenews”-a istinadən xəbər verir ki, hazrda Səmərqənddə İslam Kərimovun dəfninə ciddi hazırlıq işləri görülür. Verilən məlumata görə,  dəfn mərasimi sentyabrın 3-də təşçkil ediləcək. Hətta İslam Kərimovun nəşini Səmərqəndə gətirəcək təyyarə artıq daşkənddən çıxaraq Səmərqəndə gəldiyi də bildirilir.
Agentlik İ.Kərimovun dəfn olacağı yerdə inşaat işlərinin getiyi yerdən fotolar da hazrlayıb. Bu fotolar təsdiq edir ki, özbək lideri Səmərqənddə dəfn olunacaq. İslam Kərimov  məhşur özbək memarı Şahi Zindanın məqbədəri yaxınlığında dəfn olunacaq. Hansı ki, bu qəbristanlqda  İslam Kərimovun  iki qardaşı və anasının da məzarə var.
“Azadlıq” radiosu iəs bildirir ki, Özbəkistanın baş naziri Şövkət Mirziyayev  dəfn mərasimini təşkil etmək üçün Səmərqənddədir. Radionun verdiyi məlumata görə,  Səmərqənd küçələri bağlanıb və təmizlik işləri görülür.
Bundan əlavə olaraq şəhərdə ciddi təhlükəsizlik tədbirləri görülməkdədir. Polis gücləndirilmiş iş rejiminı keçib. Axşam saat 20.00-dan sonra şəhərdə maşınların hərəkətinə məhdudiyyətlər qoyulub.
“Ferganenews” İslam Kərimovun ölüm xəbərini yaysa da, rəsmi qurumlar bunu təkzib edib. Özbəkistan Nazirlər Kabineti isə İslam Kərimovun səhhətinin həddən ağır olduğunu bəyan edib.
İslam Kərimov 1990-cı ildən Özbəkistana rəhbərlik edir.
islam3
islam4
islam2
islam1
islam
Gununsesi.info