KİV: İsrailin Dohaya endirdiyi zərbələr nəticəsində azı 5 nəfər ölüb

  • By Admin08
  • 09 Sentyabr 2025 20:49

İsrailin Qətərin paytaxtına endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının lideri Xəlil əl-Həyyə də daxil olmaqla azı 5 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Al Arabi” telekanalı məlumat yayıb.

“İsrailin Dohaya endirdiyi zərbə nəticəsində Qəzza zolağında fəaliyyət göstərən HƏMAS hərəkatının lideri Xəlil əl-Həyyə və onun ofisinin rəhbəri də daxil olmaqla 5 nəfər həlak olub”, – telekanalın mənbəsi bildirib.