
Türkiyəli aktyor Kıvanç Tatlıtuğla stilist həyat yoldaşı Başak Dizer arasında 6 yaş fərq olmasına baxmayaraq stilistin gənc görünməsi hər zaman müzakirə edilir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “InStyle” jurnalına danışan B.Dizər bunun sirrini açıqlayıb:
“10 ildir pilateslə məşğul oluram. Heç vaxt siqaret çəkməmişəm, içkiylə aram yoxdur. Yaşıl çaya üstünlük verirəm. Gecə klubuna gedəndə belə, əlimdə içki yerinə su olur”.
Gununsesi.info












