“Kiyevə kömək etmək qərb ölkələri sakinlərinə baha başa gəlir”.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlaması zamanı bildirib.
O, ərzaq və elektrik qiymətlərinin artması ilə əlaqədar bir çox avropalı üçün çətin günlərin gəldiyini deyib.
Buna baxmayaraq, Stoltenberq Ukraynaya dəstəyi artırmağın vacibliyini vurğulayıb.
Eyni zamanda qeyd olunub ki, hərbi yardım Kiyevin danışıqlar masası arxasında mövqelərini gücləndirməyə kömək edəcək.
Gununsesi.info