Kiyevə atılan raketlər yaşayış evlərinə düşdü - Yenilənib

Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində partlayışlar baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Strana” yayıb.

Bununla yanaşı, ölkənin Sumı və Odessa vilayətlərində də partlayışların baş verdiyi qeyd olunur.

Ümumilikdə isə Ukraynanın bütün vilayətlərində hava hücumu təhlükəsi elan olunub.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki məlumat verilməyib.

***

Ukraynanın paytaxtı Kiyevdə  güclü partlayış səsləri eşidilib.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Ordusu şəhərə atılan 6 raketdən 4-nün vurulduğunu açıqlayıb.

Digər ikisi isə yaşayış məntəqələrinə dəyib.