
Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, Kiyev ölkənin neytral və qeyri-nüvə statusu məsələsinə yanaşmada daha realist olub.
Gununsesi.info xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.
“Ukrayna tərəfi ölkənin neytral və qeyri-nüvə statusu ilə bağlı məsələlərə yanaşmada daha realist olub, lakin müqavilə layihəsi sammit görüşünə təqdim olunmağa hazır deyil” – Medinski qeyd edib.
O əlavə edib ki, Rusiya 2014-cü ildən neytral Ukrayna üçün təhlükəsizlik zəmanətləri sisteminin yaradılmasına çalışır.
Müqavilə layihəsi barədə danışan Vladimir Medinski sənədin mətni üzərində işlərin aprelin 1-i və 2-də nümayəndə heyətlərinin onlayn görüşlərində aparıldığını və aprelin 4-də davam etdiriləcəyini təsdiqləyib.
Gununsesi.info