

İki ölkə arasında diplomatik münasibətlərin tamamilə pozulması mərhələsindədir.
Əgər başqa variant olmazsa, o zaman Kiyevlə diplomatik əlaqələrin osulması istisna deyil.
Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla Rusiyanın baş naziri Dmitriy Medvedyev çxış edib.
Onun sözlərinə görə, əgər münasibətlərin normallaşdırılamsı üçün variant qalmazsa, o zaman ölkə başçısı belə bir qərar verə bilər. Yaxın tarixdə belə faktların olduğunu xatırladan D.Medvedyev deyib ki, gürcüstandakı məlum hadisələrdən sonra diplomatik əlaqələr kəsildi: “Düzdür bundan başqa da hadisələr olub. Mən belə bir halın baş verməsini və belə sonluqla bitməsini istəməzdim. Əgər münasibətləri bərpa etmək üçün variant qalmayacağı təqdirdə prezident diplomatik əlaqələrin pozulması ilə bağlı müvafiq qərarlar verə bilər”.
Bir neçə gün öncə guya Ukrayna kəşfiyyatçılarınn Krımda təxribat hadisələri törətməsi ilə bağlı yayalan xəbərlər Kiyevlə Moskva arasında münasibətlərin yenidən kəskinləşməsinə səbəb olub.
Gununsesi.info