Kiyev Krım uğrunda müharibəyə NATO ilə birgə hazırlaşır

  • By admin
  • 04 Aprel 2021 10:07

Kiyev Krım uğrunda müharibəyə NATO ilə birgə hazırlaşır”.

Gununsesi.info xəbər verir ki, bunu Donbas münaqişəsinin həlli ilə bağlı qurulmuş təmas qrupundakı Ukrayna nümayəndə heyətinin mətbuat katibi Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, NATO-nun “Defender Europe 2021” təlimləri çərçivəsində silahlı qarşıdurma, Rusiya ilə müharibə məşqləri ediləcək.

HTML tutorial

Arestoviç əsas diqqətin Balkan yarımadası, Krım və digər bölgələr olacağını söyləyib.

NATO-nun “soyuq müharibə”dən bəri ən böyük təlimlərinin may-iyun aylarında keçiriləcəyi qeyd olunub. Ukrayna, Gürcüstan və Moldova ittifaqın tərəfdaş ölkələri qismində təlimlərdə iştirak edəcək.

 

Gununsesi.info