Ukrayna müvəqqəti olaraq ərazi itkisini qəbul edərsə, Rusiya qoşunları Almaniya və xüsusilə Saksoniya ilə yaxınlaşacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Almaniyanın Saksoniya əyalətinin baş naziri Mixael Kretşmerin Rusiya ilə “atəşkəs naminə” müvəqqəti ərazi itirilməsini qəbul etmək çağırışını şərh edərkən bildirib.
Nikolenko qeyd edib ki, ərazilərin güzəştləri “şübhəsiz ki, Ukraynanın hüdudlarından kənara çıxacaq Rusiyanın daha böyük təcavüzünə səbəb olacaq”.
“Yeri gəlmişkən, (Rusiya prezidenti Vladimir) Putin Drezden yaxınlığındakı xidmətindən bu regionu yaxşı bilir”, – o deyib.
Onun fikrincə, Avropada sülh “Moskvanın məğlubiyyətindən” keçir.
“Biz alman siyasətçini həqiqətlə üzləşməyə çağırırıq: əvvəlcə kansler Angela Merkel, sonra isə kansler Olaf Şolz Putini müharibəni dayandırmağa inandırmaq üçün çox böyük siyasi səylər göstərdilər. Bu kömək etmədi. Necə ki, başqa heç bir güzəşt kömək etməyəcək”, – Nikolenko vurğulayıb.
O qeyd edib ki, “Putinin məqsədi Ukraynanı məhv etmək və bütün Avropada sabitliyi pozmaqdır”.
“Almaniyanın Rusiyaya qarşı siyasətində yeganə “dönüş” Ukraynaya daha da böyük dəstək ola bilər. Və biz çox minnətdarıq ki, Almaniya federal hökuməti bu yanaşmanı bölüşür”, – Nikolenko əlavə edib.
Almaniyanın Saksoniya əyalətinin baş naziri Mixael Kretşmer deyib ki, Ukrayna Rusiya ilə “sülh üçün” ərazilərinin müvəqqəti itirilməsi ilə barışmalıdır.
Kretşmer hesab edir ki, Almaniya hökuməti “Ukraynanı təkcə silahla təmin etməməli, həm də diplomatik təşəbbüslərə əl atmalıdır” və müttəfiqlər “Putinə təsir göstərməyə və atəşkəsin qarşısını almağa çalışmalıdırlar”.
Gununsesi.info