Kiyev “Qazprom”dan üç milyard dollar təzminat tələb edir

  • By admin
  • 19 Avqust 2016 13:47
qazprom
Ukrayna Antimonopoliya Komitəsi “Qazprom”-a qarşı üç milyard dollar həcmində məhkəmə iddiası hazırlayıb.
Gununsesi.info xəbər verir ki, bunu “RİA-Novosti”-yə açıqlamasında  Antimonopoliya Komitəsinin rəhbəri Yuriy Terentov deyib.
Onun sözlərinə görə,  Antimonopoliya komitəsi “Qazprom”-a cəriməni ödəməyi təklif edəcək və əgər şirkət bu cəriməni ödəməkdən imtina edərsə, o zaman məhkəməyə müraciət ediləcək. 
Kiyev  “Qazprom”-u  imzalanamış sazişə əsasən Ukrayna ərazisindən qaz tranziti öhdəliklərini həyata keçirmədiyi üçün 86 milyard qriven (təqribən 3 milyard dollar-red) cərimə edilməsi barədə qərar çıxarıb.
Gununsesi.info