Kiyev Rusiyanın A-50 və İl-22 təyyarələrinin vurulduğunu açıqladı

  • By admin
  • 15 Yanvar 2024 14:45

Ukrayna Silahlı Qüvvələri Rusiyanın uzaqmənzilli radar aşkarlayan A-50 təyyarəsini və düşmənin hava idarəetmə mərkəzini – İl-22-ni məhv edib.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

Zalujnı “Azov bölgəsində mükəmməl planlaşdırılmış və həyata keçirilən əməliyyata görə” Hərbi Hava Qüvvələrinə minnətdarlığını bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Kiyevin Rusiya Silahlı Qüvvələrinə məxsus A-50 və İl-22 təyyarələri ilə bağlı iddialarına münasibət bildirib.

Onun sözlərinə görə, Kremldə hər hansı Rusiya təyyarəsinin Ukrayna qüvvələri tərəfindən vurulması barədə məlumat yoxdur.

“Xeyr, heç bir məlumat yoxdur” deyə Peskov müvafiq suala cavab verib.

Kreml nümayəndəsi bu məlumatı Rusiya Müdafiə Nazirliyinə dəqiqləşdirməyi tövsiyə edib.

Gununsesi.info