Kiyevdə Aİ-nin Müdafiə İnnovasiyaları Ofisi fəaliyyət göstərir

Açılışı daha əvvəl elan edilən Aİ-nin Müdafiə İnnovasiyaları Ofisi artıq Kiyevdə fəaliyyət göstərir.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib:

“Aİ-nin Müdafiə İnnovasiyaları Ofisimiz artıq Kiyevdə Aİ işçiləri və Brüsseldə dəstək qrupu ilə işləyir. O, Ukrayna və Avropa müdafiə sənayesi arasında əlaqə mərkəzi rolunu oynayacaq”.

Von der Leyen bunun hər iki tərəfə fayda verəcəyini vurğulayıb: “Biz bu sahədə əlaqələrimizi siz Avropa İttifaqına daxil olmamışdan əvvəl də dərinləşdirməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, fon der Leyen 24 fevral 2024-cü ildə Kiyevdə prezident Zelenski ilə birgə mətbuat konfransında Kiyevdə Aİ Müdafiə İnnovasiyaları Bürosunun yaradıldığını elan edib.

Avqustun 30-da Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Avropa İttifaqı yaxın vaxtlarda Kiyevdə müdafiə sahəsində innovasiyalar üzrə ofis açacaq.

 

 

Gununsesi.info