Kiyevdə böyük yanğın

Kiyevdə böyük yanğın


Ukraynanın paytaxtı Kiyevin Tupoleva küçəsində yerləşən böyük anbarlardan birində güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Bildirilib ki, 10 000 kv/m ərazini cənginə alan yanğının yanğınsöndürənlər tərəfindən qismən qarşısı alınaraq 800 kv/m-ə qədər kiçildilib.

Yanğının yaxınlıqda yerləşən 6 mərtəbəli ofisə keçmək ehtimalının olduğu deyilir.

Məlumata görə, yanğınsöndürənlər anbardan 10-na yaxın qaz balonu çıxarıb və hazırda 70 nəfərlik heyət ərazidə yanğının tam qarşısını almağa çalışır.

 

Gununsesi.info

COMMENTS