Kiyevdə fövqəladə vəziyyət hazırlığı

Ukraynanın paytaxtı Kiyev şəhərində fövqəladə vəziyyət tətbiq edilə bilər.

Gununsesi.info-nun məlumatına görə, Kiyevin meri Vitaliy Kliçko paytaxtda fövqəladə vəziyyət rejiminə hazırlıqların başladığını deyib.

HTML tutorial

Onun sözlərinə görə, şəhərin kritik və sosial infrastruktur obyektləri fövqəladə vəziyyət şərtlərində çalışmağa hazırlanır. Hazırlıqlar mümkün təxribatların qarşısını almağa və ya aradan qaldırmağa, eləcə də hərbi hücum şərtlərində tab gətirməyə yönəlib.

Mer, həmçinin qeyd edib ki, şəhərdə yanacaq ehtiyatları yaradılıb və elektrik generatorları quraşdırılıb. Həmçinin, paytaxtda təxliyə üçün xüsusi komissiyalar yaradılıb.

Gununsesi.info