Kiyevdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib, xəsarət alanlar var

  • By admin
  • 17 Dekabr 2019 21:14

Kiyev şəhərində Ukrayna Ali Radasının binası qarşısına toplaşan etirazçılarla polis arasında toqquşma baş verib, 17 polis əməkdaşı xəsarət alıb, 26 nəfər aksiya iştirakçısı saxlanılıb.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Zorian Şkiriak məlumat yayıb.

Qeyd edək ki, Ukrayna parlamentinin binası qarşısında bir neçə qrup etiraz aksiyası keçirir. Həmçinin “Batkivşina” partiyası torpaqların satılmasına dair qanuna qarşı müddətsiz etiraz aksiyasına başlayıb.

 

Gununsesi.org