Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.
Məlumata əsasən, partlayış yerli vaxtla 00.40-da Qələbə prospektində “Kiyevenerqo” binasının yanında qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Binaya maddi ziyan dəyib.
Polisin ehtimalına görə, cinayətkar əl bombasından istifadə edib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info