Kiyevdə çörək zavodu atəşə tutulub, ölənlər var

  • By admin
  • 07 Mart 2022 19:38

Rus hərbçiləri Kiyev yaxınlığında çörək zavodunu atəşə tutub.

Gununsesi.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Makarovda yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib.

Aviazərbələr nəticəsində 13 ukraynalı həlak olub.

Hava hücumu zamanı zavodda 30 nəfər olub.

 

Gununsesi.info