Kiyevdə dağılan binaların sayı açıqlandı

  • By admin
  • 21 Mart 2022 17:40

Rusiya ordusunun hücumu nəticəsində Kiyevdə 70-dən çox yaşayış binası dağılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kiyev şəhər administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, dağıntılar müxtəlif səviyyədədir: harda ki, bina tamamilə dağılıb, orda sakinlər tam köçürülüb; qismən zədələnən binalarda isə kommunal xidmətlərin göstərilməsi üçün təcili təmir işləri aparılıb və sakinlərin bir hissəsi öz evlərində yaşamağa davam edirlər.

Gununsesi.info