Kiyevdə güclü partlayış baş verdi

  • By admin
  • 06 Mart 2022 09:13

Martın 6-da Ukraynanın paytaxtında güclü partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

İlkin məlumata görə, bu, Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulan raketin səsi olub.

Xatırladaq ki, martın 5-də saat 00:00 radələrində Ukraynanın paytaxtında və bir neçə rayonda partlayış səsləri eşidilib. Şəhərdə hava hücumu xəbərdarlığı edilib. Bütün paytaxt sakinləri təcili olaraq sığınacağa getməyə çağırılıb.

Gununsesi.info