Kiyevdə hündürmərtəbəli bina dağıldı: ölən və yaralılar var - FOTO/VİDEO

  • By admin
  • 17 Mart 2022 11:39

Kiyevdə vurulan Rusiya raketinin qalıqları hündürmərtəbəli binada dağıntılara və yanğına səbəb olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Martın 17-də səhər saat 05:02-də (Bakı vaxtı ilə 07:02) “101” Xilasetmə Xidmətinə paytaxtın Darnitski rayonunda yaşayış binasında yanğının baş verməsi və binanın dağılması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yaxınlıqdakı yanğınsöndürənlər və xilasedicilər gəlib. Hadisə yerinə gələn xilasedicilər müəyyən ediblər ki, düşmüş raketin qalıqlarının yerə düşməsi nəticəsində 16-cı və texniki mərtəbədəki evin konstruksiyaları dağılıb, 16-cı mərtəbədəki mənzildə yanğın baş verib. Xilasedicilər yanğını söndürməyə müvəffəq olublar. 11-ci və daha yuxarı mərtəbələrdən mənzillərin sakinləri təxliyə olunur, tikililərin sökülməsi və insanların axtarışı üçün xilasetmə işləri aparılır. İlkin məlumata görə, 30 nəfər yerindəcə təxliyə edilib, onlardan 3-ü xəsarət alıb. Bir nəfər ölüb. Məlumat dəqiqləşdirilir”, – məlumatda deyilir.

Gununsesi.info