Kiyevdə partlayış olub, 2 nəfər yaralanıb

  • By admin
  • 17 Sentyabr 2020 19:55

Ukraynanın paytaxtı Kiyevin tarixi mərkəzində yerləşən restoranda partlayış nəticəsində 2 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, məlumatı “Ukraina24” telekanalı yayıb.

Hadisənin təfərrüatı barədə məlumat verilməyib. Partlayış baş verən əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

 

 

Gununsesi.info