Kiyevdəki rus keşişləri jurnalistlərə hücum etdi

  • By admin
  • 07 Mart 2022 23:40

Kiyev-Peçersk lavrası ərazisində “Slidstvo.info” agentliyinin çəkiliş qrupuna hücum edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.

İnsident ruhanilərdən Rusiyanın Ukraynaya müdaxiləsi və dinc sakinlərin öldürülməsi ilə bağlı fikirlərini soruşduqdan sonra yaşanıb. Jurnalistlər Ukraynadakı Rus Pravoslav Kilsəsinin mitropoliti Pavellə görüşüb, lakin o, suallara cavab verməkdən imtina edib.

“Çəkiliş zaman ruhaninin köməkçisi hansısa kişiyə pul verib. Pulu alan şəxs jurnalistlərə əlindəki ağacla hücum edib. Hadisə barədə polis əməkdaşlarına məlumat verilib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiya Patriarxı Kirill Ukraynanın işğalına xeyir-dua vermişdi.

Gununsesi.info