Kiyevin təklif etdiyi “sülh formulu”nun həyata keçirilməsi ilə bağlı gələcək sammitin hazırlanması üçün üçüncü görüş oktyabrda Türkiyədə baş tuta bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Görüşə hazırlıqla tanış olan həmsöhbətlər bildiriblər ki, bu görüş milli təhlükəsizlik müşavirləri səviyyəsində planlaşdırılıb və “bu ayın sonunda” İstanbulda baş tutmalıdır. Rusiya, əvvəlki dövrlərdə olduğu kimi, dəvət edilmir.
Ağ Ev bu məlumatı şərh etməkdən imtina edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bankova da mümkün yeri qeyd etmədən oktyabrda “sülh formulu” üzrə müşavirlərin üçüncü görüşünü gözlədiklərini açıqlayıb.
Xatırladaq ki, “sülh formulu” ilə bağlı milli təhlükəsizlik müşavirlərinin əvvəlki iki görüşü iyunda Kopenhagendə və avqustda Ciddədə (Səudiyyə Ərəbistanı) baş tutub. Sonuncuda Çin, Braziliya və Hindistan da daxil olmaqla 40-a yaxın ölkənin nümayəndələri iştirak edib.
Səid Əhmədli
Gununsesi.info