Kiyevin teleqülləsi vuruldu, bəzi telekanalların yayımı dayandı - VİDEO

  • By admin
  • 01 Mart 2022 19:23

Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb.

Teleqüllənin atəşə tutulması nəticəsində bəzi telekanalların yayımı dayanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxın saatlarda kanalların bir hissəsinin yayımı bərpa olunacaq.

 

 

Gununsesi.info