
Kiyevin vergi xidmətinin rəhbəri çoxmilyonluq fırıldaqçılıq sxemlərində şübhəli bilinib.
Gununsesi.info-nun xəbərinə görə, bu haqqda Dövlət Təhqiqatlar Bürosunun əməkdaşları bildirib. Ukraynanın hüquq-mühafizə orqanları Kiyev vergi xidmətinin rəhbəri vəzifəsini icra edən Oksana Datiyi vəzifə səlahiyyətlərindən sui-istifadədə ifşa edib. Dövlət Təhqiqatlar Bürosunun nümayəndələrin sözlərinə görə, Ukrayna paytaxtının vergi xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs qanuni əsaslar olmadan vergi ödəyicilərinin risk meyarlarına uyğunluğu və uyğunsuzluğu ilə bağlı qərarlar qəbul edərək, şirkətlərin ümumi xərclərin həddindən artıq qiymətləndirilməsi sxemlərində iştirak edib və gəlir haqqında yalan məlumatlar verib.
Bu, 15 milyard qrivnanın kölgə dövriyyəsinə daxil olmasına səbəb olub.
Bundan əvvəl Ukraynada Müdafiə Nazirliyi ilə əlaqəli üç məmur korrupsiyada ittiham olunub.
Tərcümə:
Adil Elxanoğlu