KKTC-də orta məktəblərdə hicab qadağası yumşaldıldı

  • By Admin2
  • 17 Mart 2025 16:53

Şimali Kipr Türk Respublikası (KKTC) orta məktəblərdə hicab qadağasını yumşaldıb. Artıq məktəbə getmək istəyən orta məktəb şagirdləri kapot və bandana taxa bilərlər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Keçən həftə KKTC -də bir şagirdin hicablı məktəbə getməsinə icazə verilmədi və KKTC Nazirlər Şurası bunu etmək istəyən orta məktəb şagirdlərinin məktəbə “kapağı” və ya “bandana” taxa bilməsi barədə qərar verdi.

KKTC-nin paytaxtı Lefkoşadakı İrsen Küçük Orta Məktəbində təhsil alan bir qız şagirdin hicablı olduğu üçün keçən həftə məktəbə buraxılmamasından sonra hadisə KKTC Nazirlər Şurasının gündəminə gətirilib.

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Nazirlər Şurası orta məktəblərdə tətbiq edilən qadağanın yumşaldılmasına dair qərar imzalayıb. Yeni tənzimləmə ilə məktəbə getmək istəyən orta məktəb şagirdləri “kapo” və “bandana” taxa biləcəklər. KKTC Milli Təhsil Naziri Nazım Çavuşoğlu qərarla bağlı açıqlamasında, “Bizim lisey və universitetlərimizdə hicab problemi yox idi. Aldığımız bu qərarla orta məktəblərdəki qadağanı aradan qaldırdıq. Xeyirli olsun” deyib.

Rəsmi Qəzetdə dərc olunan qərarda bu ifadələr yer alıb: “Şagirdlər dini inanclarına görə başlarını örtmək istəsələr, yalnız kapotun üzərinə bandana taxaraq başlarını örtə bilərlər. Kaputun və ya bandanın üzərində hər hansı forma, naxış, yazı, simvol və ya işarə ola bilməz.

Orxan

Gununsesi.info