Klaviaturanı əvəz edə bilən “Ağıllı dəri” hazırlanıb

  • By admin
  • 04 Yanvar 2023 14:13

Alimlər gələcəkdə elektron cihazlardan istifadəmizi tamamilə dəyişdirə biləcək bir texnologiya hazırlayıblar.

Gununsesi.info xəbər verir ki, süni intellektlə dəstəklənən texnologiya əllərinizə səpdiyiniz sprey ilə klaviatura olmadan kompüterlərdə nə isə yazmağa imkan verir.

Sprey süni intellektdən istifadə edir.

“Ağıllı dəri” olaraq da xarakterizə edilən texnologiyanın təfərrüatlarına nəzər salaq: Mütəxəssislər spreyi biouyğun materialdan hazırlayıblar. Beləliklə, fiziki klaviatura ehtiyacı aradan qaldırılır. Bunun necə işlədiyini aşağıdakı videoda görə bilərsiniz.

Elm adamları texnologiyanın yalnız klaviatura ilə məhdudlaşmadığını, həm də smartfonlardakı tətbiqlər üçün də istifadə edilə biləcəyini söyləyirlər.

Gununsesi.info