Kliçko istefa verdi

  • By admin
  • 26 May 2016 16:06

Klicko

Kievin meri Vitali Kliçko prezident “Petro Poroşenkonun Bloku”nun rəhbərliyindən çıxmaq üçün istefa ərizəsi yazıb.

Ukrayna KİV xəbər verir ki, Kliçko bu addımını dövlət qulluğu haqda yeni qanunun qəbulu ilə əlaqələndirib. O, ərizəsini baxılması üçün partiya şurasına təqdim edib.

Ukrayna KİV-i Kliçkonun yerinə İrina Qeraşenkonun gətiriləcəyini yazır. Qeraşenko isə bu haqda məlumatsız olduğunu deyib